2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verib

Qafar Ağayev16:28 - 24 / 12 / 2025
2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunun 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər