Yeni mexanizmlərdən sonra avtobuslar gecə 12-yə qədər işləyəcək

“Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişindaşıma qrafikləri daha çevik qurulacaq və bir çox marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək.
1news.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə bildirib.
O qeyd edib ki, hazırkı model sərnişin daşımalarının sistemli həllinə imkan vermir. “Bu səbəbdən axşam saatlarında bəzi marşrutlar sərnişin sayı az olduğuna görə xəttdən çıxarılır və depoya yönləndirilir”.
“Yeni mexanizmlər sərnişin tələbatını nəzərə alaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər xidmət göstərilməsinə də imkan yaradacaq”, – deyə Anar Rzayev əlavə edib.
63