Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinə ciddi yatırımlar edilir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinə ciddi yatırımlar edilir”

Qafar Ağayev12:04 - Bu gün
Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinə ciddi yatırımlar edilir”

Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinə ciddi yatırımlar edilir”

1news.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan sosial, iqtisadi və siyasi baxımdan stabil ölkədir: "Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurdakı investisiya imkanları diqqətlə dəyərləndirilir".

O qeyd edib ki, bölgədə müxtəlif sahələrdə investisiyalar reallaşdırılır: "Xüsusilə müasir suvarma sistemlərinə ciddi yatırımlar edilir. Həmçinin, müxtəlif qida emalı layihələri də həyata keçiriləcək".

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər