Vüqar Qurbanov: “Dünyada tətbiq olunan tibbi yeniliklərin ölkəmizdə də həyata keçirilməsi əsas hədəflərdəndir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Qurbanov: “Dünyada tətbiq olunan tibbi yeniliklərin ölkəmizdə də həyata keçirilməsi əsas hədəflərdəndir”

Qafar Ağayev13:19 - Bu gün
Vüqar Qurbanov: “Dünyada tətbiq olunan tibbi yeniliklərin ölkəmizdə də həyata keçirilməsi əsas hədəflərdəndir”

“Ölkəmizdə 90-dan çox multidissiplinar tibbi müəssisə və 2000-ə yaxın kiçik və orta tibbi mərkəz vətəndaşlara xidmət göstərir”.

1news.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun(AIIF 2025) 2-cü günündə bildirib.

Onun sözlərinə görə, tibbi xidmət yalnız dövlət müəssisələri ilə məhdudlaşmamalıdır və özəl qurumlar və investorların dəstəyi vacibdir.

“Artıq hər gün vətəndaşlarımıza müxtəlif növ yenilənmiş tibbi xidmətlər təqdim olunur. Yeni klinikada fəaliyyət göstərən robotik fizioterapiya və rehabilitasiya mərkəzi bunun nümunəsidir. Həmçinin kurort və sanator tibbi xidmətləri, təcili tibbi və reabilitasiya xidmətlərinin daha geniş əhaliyə və turistlərə təqdim olunması üçün layihələrimiz davam edir”, – Vüqar Qurbanov qeyd edib.

O, əlavə edib ki, dünyada tətbiq olunan yeniliklərin ölkəmizdə də həyata keçirilməsi əsas hədəflərdəndir və pilot layihələr vasitəsilə gələcəkdə vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin təqdim olunması mümkün olacaq.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər