KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarıldı

Qafar Ağayev10:09 - 25 / 09 / 2025
KTM-də azyaşlının bağırsağından maqnitlər və batareya çıxarıldı

11 sentyabr 2025-ci il tarixində 2015-ci il təvəllüdlü azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

1news.az xəbər verir ki, Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cism udmağa meyillidir.

Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.
Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin rəhbərliyi ilə uşaq cərrahları Ramin Bayramov və Binnət Sofuyev tərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.

Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər