Buzovna qəsəbəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovna qəsəbəsində qaz olmayacaq

Qafar Ağayev09:40 - Bu gün
Buzovna qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Yuxarı Buzovna" qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər