İsmayıllıda 17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda 17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb

10:05 - 02 / 10 / 2025
İsmayıllıda 17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində 17 yaşlı Ə.Ş. münaqişə zəminində həmyaşıdı S.B.-yə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər