Bakıda Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşüb

Qafar Ağayev15:59 - Bu gün
Bakıda Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşüb

Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına müvafiq olaraq, hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə rabitə sistemləri, informasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

İşçi görüşündə, həmçinin birgə əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər