Füzulidə Türkmənistan tərəfindən inşa olunacaq məscidin təməlqoyma mərasimi oldu

“Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik”.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
“Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasimi nəzərdə tutulub. İndi bütün qardaş ölkələrin rəhbərlərini təməlqoyma mərasiminə dəvət edirəm”, - dövlət başçısı qeyd edib.
Daha sonra məscidin təməlqoyma mərasimi keçirilib.











74