Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib

10:49 - Bu gün
Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib

Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupu ilk görüşünü keçirib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

"Dünən Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər.

Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - məlumatda qeyd edilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər