Paytaxt məktəbində bir ilk - QR kitabxana | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəbində bir ilk - QR kitabxana

Qafar Ağayev15:50 - Bu gün
Paytaxt məktəbində bir ilk - QR kitabxana

Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a bildirilib ki, məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb.

QR kitabxanada müxtəlif janrlı resurslar (qısa hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısametrajlı filmlər) toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu etdikləri bölmələrə daxil ola bilərlər.

Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsidir. Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə verəcəyini düşünür.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər