Hövsanda yaşayış binasında yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda yaşayış binasında yanğın baş verib

13:05 - Bu gün
Hövsanda yaşayış binasında yanğın baş verib

Bakıda yaşayış binasında mənzildə yanğın baş verib.

FHN-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər