Bakı metrosunda NFC ödənişlərə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda NFC ödənişlərə başlanılıb

16:07 - Bu gün
Bakı metrosunda NFC ödənişlərə başlanılıb

Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəniş etmək mümkün olacaq.

1news.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, yenilik hazırda "bənövşəyi xətt"in bütün stansiyalarında ("Xocəsən", "Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr") sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər