Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında iştirak edib

Qafar Ağayev17:52 - Bu gün
Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında iştirak edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində YUNESKO Baş Konfransının 43-cü sessiyasına qatılıb.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.

Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanın YUNESKO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər