Maştağa və Ramanada bu gün işıq kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Maştağa və Ramanada bu gün işıq kəsiləcək

Qafar Ağayev09:22 - Bu gün
Maştağa və Ramanada bu gün işıq kəsiləcək

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 17 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada təmir-təftiş və sınaq işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlar ilə əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Maştağa Sovxoz və Ramana Daş karxanaları yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
1715

Son xəbərlər

Bütün xəbərlər