Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb - FOTO - YENİLƏNİB

15:25 - Bu gün
Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb - FOTO - YENİLƏNİB

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.

12:55

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə - 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 41 nəfər yola düşüb.

Qeyd edək ki, Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər