Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

15:53 - Bu gün
Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilib.

1news.az xəbər verir ki, onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

***

12:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü Məmməd İbrahimliyə ittiham elan olunub.

1news.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər