ETX-dən saxta iş təklifləri barədə xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

ETX-dən saxta iş təklifləri barədə xəbərdarlıq

Qafar Ağayev16:36 - Bu gün
ETX-dən saxta iş təklifləri barədə xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.

1news.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) bildirir ki, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.

Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.

ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər