Narkotik vasitənin təsiri altında olan sürücü və sərnişinləri ifşa olunub
Narkotik vasitənin təsiri altında olan sürücü və sərnişinləri ifşa olunub.
Bu barədə 1news.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib.












