Gəncədə qadın itkin düşüb
Gəncədə 38 yaşlı qadın itkin düşüb.
1news.az xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gəncə Şəhər Baş Polis İdarəsinə (022 305 28 02, 050 888 99 87) məlumat vermələri xahiş olunur.
71












