“Tibb bacılarının evlərdə iynə vurulmasına icazə verilmir” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tibb bacılarının evlərdə iynə vurulmasına icazə verilmir”

Qafar Ağayev13:58 - Bu gün
“Tibb bacılarının evlərdə iynə vurulmasına icazə verilmir”

Tibb bacılarının evlərdə iynə vurmasına icazə verilmir.

1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunları və gələcək planlar” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi kəndlərdə tibb məntəqələrinin olmaması səbəbindən tibb bacılarının evlərdə iynə vurması halları müşahidə olunur. V.Qurbanov qeyd edib ki, ev mühiti tibb bacısının xidmət göstərməsi üçün nəzərdə tutulmayıb və bu cür fəaliyyətə icazə verilmir.

İcraçı direktor vurğulayıb ki, tibb bacısı ilkin tibbi yardım göstərmək üçün zəruri avadanlıq və dərman vasitələri ilə təmin olunmalıdır. Bu tələblər olmadan xəstəyə iynə vurulması ciddi həyati risklər yarada bilər.

O, əlavə edib ki, gələcək planlar çərçivəsində bütün regionlarda tibb məntəqələrinin yaradılması nəzərdə tutulur.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər