Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Qafar Ağayev11:34 - Bu gün
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1news.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər