Son iki gündə pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son iki gündə pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb

Qafar Ağayev16:37 - 22 / 12 / 2025
Son iki gündə pirotexniki vasitələr satan 8 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edənlərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, son iki gündə paytaxt və bölgələrdə keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər