Qaradağda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb - DYP məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb - DYP məlumat yaydı

Qafar Ağayev11:47 - Bu gün
Qaradağda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb - DYP məlumat yaydı

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər