Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb

17:39 - Bu gün
Biləsuvarda qadın işlədiyi gözəllik salonunda ölüb

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

1news.az APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər