2025-ci ildə Bakıda müntəzəm marşrutlarla 494 milyondan çox sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2025-ci ildə Bakıda müntəzəm marşrutlarla 494 milyondan çox sərnişin daşınıb

Qafar Ağayev16:45 - Bu gün
2025-ci ildə Bakıda müntəzəm marşrutlarla 494 milyondan çox sərnişin daşınıb

"2025-ci ildə Bakı şəhərində ictimai nəqliyyat vasitələri ilə sərnişindaşıma göstəriciləri artıb".

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 2025-ci il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, il ərzində Bakı şəhərində müntəzəm marşrut xətləri ilə ümumilikdə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib.

Bildirilib ki, şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil olunub. Eyni zamanda 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, Bakı şəhəri üzrə isə 3 yeni marşrut xətti yaradılıb.

Hesabatda qeyd olunur ki, bu günədək Bakı şəhərinin 40 küçə və prospektində ümumi uzunluğu 114 kilometrdən çox olan avtobus zolaqları təşkil edilib. Sözügedən zolaqlar vasitəsilə gün ərzində 1 milyona yaxın sərnişin daşınır.

Bundan əlavə, Sumqayıt, Saray və Xırdalan istiqamətlərindən paytaxta doğru gündəlik sərnişin axınının həcminin 49 min nəfər artdığı bildirilib.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər