Suraxanıda “Kovan” restoranı qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Məğrur İsa oğluna məxsus “Kovan” ictimai iaşə müəssisəsində yoxlama keçirib.
1news.az xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.
Sahibkar sosial şəbəkədə yerləşdirilmiş video ilə bağlı izahatında ov quşlarının satışının həyata keçirilmədiyini, müştəri cəlb etmək məqsədilə reklam etdiklərini bildirib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib















