Bayram günlərində bank, poçt və valyuta mübadiləsi məntəqələrinin iş rejimi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində bank, poçt və valyuta mübadiləsi məntəqələrinin iş rejimi açıqlandı

Qafar Ağayev10:33 - Bu gün
Bayram günlərində bank, poçt və valyuta mübadiləsi məntəqələrinin iş rejimi açıqlandı

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

1news.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar

“Azərpoçt MMC

Valyuta mübadilə məntəqələri

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər