FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Qafar Ağayev11:59 - Bu gün
FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə 1news.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər