Bakıda güclü külək nəticəsində aşan ağacın fəsadları aradan qaldırılıb - YENİLƏNİB
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində güclü külək nəticəsində aşan ağacın yaratdığı fəsadları aradan qaldırblar.
1news.az xəbər verir ki, idarənin əməkdaşları ərazini təmizləyiblər.
Qeyd edək ki, güclü külək nəticəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.
Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.
Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.
12:16
Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1news.az-a verilən məlumata görə, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.





















