Bakıda 29 kq marixuana aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 29 kq marixuana aşkarlanıb

Qafar Ağayev16:10 - Bu gün
Bakıda 29 kq marixuana aşkarlanıb

Bayram günləri olmasına baxmayaraq polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.

Onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər