Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb

11:38 - Bu gün
Göyçayda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb

Göyçay rayonunda eyvandan yıxılan 53 yaşlı kişi xəstəxanada ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün baş verib.

Məlumata görə, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov dekabrın 31-i saat 21-i radələrində yaşadığı evdən baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və yanvarın 1-i saat 10 radələrində ölüb.

Araşdırmalarla S.Əhmədovun qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirib 2-ci mərtəbənin eyvanından yıxılaraq ölməsi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər