Bakıda 9 ağac aşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 9 ağac aşıb

Qafar Ağayev12:49 - Bu gün
Bakıda 9 ağac aşıb

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1news.az-a verilən məlumata görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər