İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - VİDEO

Qafar Ağayev15:54 - 03 / 01 / 2026
İsmayıllıda buz bağlayan yolda avtomobil aşıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “TOYOTA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.

Paylaş:
365

Son xəbərlər

Gəncədə 3 ev yanıb - FOTO

03 / 01 / 2026, 09:31
Bütün xəbərlər