Zelenski Şmıqala baş nazirin müavini və energetika naziri vəzifəsini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıqala yeni vəzifə təklif edib.
1news.az-ın “Unian”a istinadən verilən məlumata görə, Prezident Volodimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini və energetika naziri postunu təklif etdiyini teleqram kanalında açıqlayıb.
Prezident qeyd edib ki, Ukraynanın energetika sahəsində sistemli və dayanıqlı idarəetməyə ehtiyacı var. Xüsusilə Rusiyanın zərbələrindən sonra dağıntıların operativ bərpası və enerji təhlükəsizliyinin təmin edilməsi vacibdir.
Zelenski Baş nazir Yuliya Sviridenko ilə bu məsələni müzakirə etdiyini və parlamentin Denis Şmıqalın təyinatını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Denis Şmıqal daha əvvəl Ukraynanın müdafiə naziri, ondan öncə isə baş nazir vəzifəsində çalışıb.












