Polislər hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polislər hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - FOTO

Qafar Ağayev09:15 - Bu gün
Polislər hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - FOTO

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.

Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Paylaş:
121

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25
Bütün xəbərlər