Gəncədə 3 ev yanıb - FOTO
Gəncə şəhərində yanğın hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.
Nəticədə iki ev yanıb, alov üçüncü evə keçib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.



120












