Leyla Əliyeva Qusarın Hil kəndində məsciddə olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Qusarın Hil kəndində məsciddə olub - FOTO

11:57 - Bu gün
Leyla Əliyeva Qusarın Hil kəndində məsciddə olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonunun Hil kənd məscidində olub.

1news.az xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.

“Qusar rayonunun Hil kənd Məscidi 1908-1912-ci illərdə yerli sakinlərin ianələri hesabına inşa edilib. Çay daşı və çiy kərpicdən tikilən məscidin interyeri müxtəlif ornamentlərlə bəzədilib. Dəmir örtüklü damı və hündürlüyü 4 metr olan dörd dəmir minarəsi ilə seçilən bu ibadət ocağının daxili divarlarının bəzəkləri bu günədək öz rəngini qoruyub saxlayır”, - paylaşımda deyilir.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər