Ötən il azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Qafar Ağayev15:12 - 05 / 01 / 2026
Ötən il azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2025-ci il üzrə icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 4963 piyada əleyhinə mina, 1861 tank əleyhinə mina, 52392 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 69 205.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər