Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Abşeronun bəzi ərazilərində bu gün elektrik enerjisi olmayacaq.
"Azərişıq"dan 1news.az-a verilən məlumata görə, yanvarın 6-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində təmir işləri aparılacaq.
"Bununla əlaqədar olaraq saat 14:00-dan saat 15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
333












