Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılır

Qafar Ağayev11:03 - 06 / 01 / 2026
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılır

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi 8 yanvar saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qalması nəzərə alınaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Agentlik diqqətə çatdırıb ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər