Mirşahin Ağayev: Azərbaycan Mediasının təmsilçiləri təkcə öz suallarına cavab deyil, həm də növbəti ustad dərsi aldı! | 1news.az | Xəbərlər
Cəmiyyət

Mirşahin Ağayev: Azərbaycan Mediasının təmsilçiləri təkcə öz suallarına cavab deyil, həm də növbəti ustad dərsi aldı!

Qafar Ağayev12:14 - 06 / 01 / 2026
Mirşahin Ağayev: Azərbaycan Mediasının təmsilçiləri təkcə öz suallarına cavab deyil, həm də növbəti ustad dərsi aldı!

Real TV-nin baş direktoru , Azərbaycan Respublikasının əməkdar jurnalisti Mirşahin Ağayev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

1news.az paylaşımı təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduqca maraqlı, son dərəcə məlumatlı, ən aqil adamların həsəd aparacağı səviyyədə müdrik, səmimiyyəti ilə nümunə, örnək Liderdir. Dəfələrlə müsahibə almışam. Hər dəfə də heyrətlənmişəm! Yanvar ayının 5-də iştirak etdiyim müsahibə də istisna olmadı. Azərbaycan Mediasının təmsilçiləri təkcə öz suallarına cavab deyil, həm də növbəti Ustad Dərsi aldı! -Minnətdaram, cənab Prezident! Cavablarınıza, fikirlərinizə, mövqeyinizə, sərrast geosiyasi baxışlarınıza, strateji hövsələnizə görə minnətdaram! Müsahibəniz sadəcə Möhtəşəmdir!" - deyə Mirşahin Ağayev qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib.

Həmçinin baxın: İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər