Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfərin ölməsi faktı araşdırılır - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfərin ölməsi faktı araşdırılır - YENİLƏNİB

15:54 - 07 / 01 / 2026
Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfərin ölməsi faktı araşdırılır - YENİLƏNİB

Qazaxda avtomobildə baş vermiş partayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.

14:16

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər