Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi

15:35 - 07 / 01 / 2026
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi

Lənkəran rayonunda qəbiristanlıqlardan birində qəbir daşının qəsdən sındırılması barədə polisə müraciət daxil olub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı Fuad Təbibzadə müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxs qəbir daşının üzərindəki şəkli məzarlıq üçün uyğun görmədiyi üçün gecə saatlarında qəsdən sındırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər