Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

09:23 - 07 / 01 / 2026
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

1news.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir:

"Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir".

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər