Dələduzluqda ittiham edilən SMM polis tərəfindən saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dələduzluqda ittiham edilən SMM polis tərəfindən saxlanılıb

13:13 - 08 / 01 / 2026
Dələduzluqda ittiham edilən SMM polis tərəfindən saxlanılıb

Dələduzluqda ittiham edilən SMM polis tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq edən 26 yaşlı Aysu Hüseynova Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, həmin məkanların sosial şəbəkələrdə reklamları təşkil edəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərdən 16 379 manat pul vəsaitini əldə keçirib. Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Paylaş:
317

Son xəbərlər

Elşad Xose həbs edildi

08 / 01 / 2026, 14:44
Bütün xəbərlər