Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

16:59 - 08 / 01 / 2026
Xırdalanda “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa farasını sındıran, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Avtomobilin sahibi zərərçəkən qismində polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.

Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər