Nəsimi rayonunda soyğunçuluq edən iki nəfər saxlanılıb
Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
173












