Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

09:32 - 09 / 01 / 2026
Bakıda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil qadın piyadanı vurub.

1news.az xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanında qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı və markası bilinməyən avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər