Tağıyev qəsəbəsində partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində zavodda baş verən partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb.
1news.az-ın "Report"a istinadən xəbərinə görə, Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 09.01.2026-cı il tarixdə saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs hospitalizasiya olunub.
Göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
155












